Barizani partiyası sionist rejimdən kömək istəyib
İraqın Kürdüstan məntəqəsinin başçılarına yaxın olan mənbələr bildiriblər ki, Məsud Barizaninin başçılıq etdiyi İraq Kürdüstanı Demokrat Partiyasının rəhbərləri sionist rejimi bölgədəki hava limanlarının bağlanmasına mane olmağa çağırıblar.
İraq dövləti dünən cümə günündən etibarən İraqın Kürdüstan məntəqəsindən və bu məntəqəyə bütün beynəlxalq hava reyslərinin dayandırıldığını bildirdi ki, bu addım İraqın Kürdüstan məntəqəsində ayrılıq referendumunun keçirilməsindən sonra Bağdadda yerləşən mərkəzi dövlətin ilk cavab addımı sayılır.
Məlumatlı kürd mənbələr dünən deyiblər ki, İraq Kürdüstanı Demokrat Partiyasının rəhbərlərindən bir qrupu sionist rejimdən İraq dövlətinin bu ölkənin Kürdüstan məntəqəsində yerləşən iki hava limanını bağlamaqdan vaz keçməsi üçün Amerika dövlətinə təzyiq göstərməsini istəyibdir.
Bu məlumata əsasən, Məsud Barizaninin başçılıq etdiyi partiyanın rəhbərləri İraqın Kürdüstan məntəqəsində ayrılıq referendumunun keçirilməsindən bir gün sonra sionist rejimdən istəyiblər ki, Amerika Birləşmiş Ştatları vasitəsilə Ərbil ilə Bağdad arasında yaranmış böhrana qarışsın.