Həvicə əməliyyatı komandanı: İŞİD-in işi bitib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i283957-həvicə_əməliyyatı_komandanı_İŞİd_in_işi_bitib
İraqın Həvicə rayonunun azad olunması əməliyyatının komandanı bildirb: İŞİD terror qruplaşmasının artıq sonu gəlib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 30, 2017 08:03 Asia/Baku
  • Əbdüləmir Yarəllah
    Əbdüləmir Yarəllah

İraqın Həvicə rayonunun azad olunması əməliyyatının komandanı bildirb: İŞİD terror qruplaşmasının artıq sonu gəlib.

Əl-Məyadin televiziyasının məlumatına görə, ordu generalı Əbdüləmir Yarəllah deyib: Mosul savaşından sonra İŞİD-in işi bitdi. Tələfər, Əş-Şərqatın şərq sahilindəki döyüşlər və indi də əl-Həvicə savaşı bu məsələni göstərir. 

Yarəllah əlavə edib: İŞİD sadəcə bomba quraşdırılmış avtomobiləri göndərməyi davam etdirir. İndiyə qədər bu əməliyyat istiqamətində əl-Abbasidə 13-dən çox bomba quraşdırılmış avtomobil məhv edilib. Biz İŞİD-in bu taktikasını proqnoz etmişdik. Amma hər halda məlumatlar İŞİD-in çökdüyünü və onlara köməklərin bitdiyini göstərir. Qüvvələrimiz Mosul savaşındakı kimi İŞİD-lə mübarizəyə hazırdırlar. 

O xatırladıb: Mərkəzi polis qüvvələri və çevik reaksiya qüvvələri Əz-Zab çayından keçiblər və terrorizmlə mübarizə təşkilatının qüvvələri xalq səfərbər qüvvələrinin kənarında cənub istiqamətindən əl-Əlas bölgəsinə doğru irəliləyiblər.