Sen 30, 2017 12:18 Asia/Baku
  • Bəhreyn rejimi
    Bəhreyn rejimi "İsrail"lə münasibətləri normallaşdırmaq ardıncadır

Bəhreynin Ali-Xəlifə rejimi ilə sionist rejim arasında münasibətlərin normallaşması sürətlə genişlənməkdədir.

İRNA-nın məlumatına görə, sionist Yerusəlim Post qəzeti cümə günü ifşa edib ki, ABŞ-ın Hampton şəhərində  ravvin Mark Şnayder 2018-ci ilin əvvəlində Ali-Xəlifə rejimi ilə münasibətlərin inkişaf etdirilməsi çərçivəsində Bəhreynə yollanacaq. 

Şnayder ötən altı il ərzində Bəhreyn kralı Həməd Bin İsa Ali-Xəlifə ilə çoxlu görüşlərinə toxunaraq deyib: Bəhreyn kralı İsraillə əlaqələrə sahib olmağa inanır. 

Bəhreyn Kütləvi İnformasiya Vasitələrinin məlumatına görə, ötən aylar ərzində sionist rejimin bir neçə ticarət heyəti Bəhreynə səfər etmiş və münasibətlərin, hətta hərbi, iqtisadi və təhlükəsizlik sahələrində inkişaf etdirilməsi haqda bu ölkə rəsmiləri ilə müzakirələr aparmışdır. 

Bu çərçivədə Manama bir müddət öncə İsrail məhsullarının boykot edilməsinə son qoyub və mövcud faktlar Manama İsraillə qədim düşmənçiliyinə son qoyacaq. 

Digər tərəfdən Bəhreynin xarici işlər naziri Xalid Bin Əhməd Ali-Xəlifə 2011-ci il 14 fevralda inqilabın alovlanmasından sonra qiyamı yatırmaq istiqamətində sionistlərin təcrübələrindən istifadə etmək üçün sionist rejim başçıları ilə Vaşinqtonda görüşərək danışıqlar aparıb. 

Sionizmin qara gündəliyini məhv etmək məqsədilə Bəhreyn rejiminin dəvəti əsasında mürtəce ərəb ölkələrinin sionist rejimlə əlaqələrinin normallaşması elə bir haldadır ki, Bəhreyn ötən altı il ərzində destabil olmuş və Ali-Xəlifə ictimai dinc etirazları yatırmaq və şiə rəhbərləri həbs etməklə öz qanuniliyinə haqq qazandırmağa çalışmışdır. 

Teqlər