İŞİD-in Suriyadakı ən böyük mütəşəkkil planı zərərsizləşdirilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i283973-İŞİd_in_suriyadakı_ən_böyük_mütəşəkkil_planı_zərərsizləşdirilib
Suriya ordusu Deyruz-Zurun müxtəlif istiqamətlərində İŞİD-in hücumlarının qarşısını alıb və Əs-Səxnə-Deyruz-Zur yolunu açıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 30, 2017 10:18 Asia/Baku
  • İŞİD-in Suriyadakı ən böyük mütəşəkkil planı zərərsizləşdirilib
    İŞİD-in Suriyadakı ən böyük mütəşəkkil planı zərərsizləşdirilib

Suriya ordusu Deyruz-Zurun müxtəlif istiqamətlərində İŞİD-in hücumlarının qarşısını alıb və Əs-Səxnə-Deyruz-Zur yolunu açıb.

İŞİD terror qruplaşması ötən gün Homs-Deyruz-Zur vilayətləri arasında yerləşən Suriya ordusu mövqelərinə ən böyük mütəşəkkil hücumunu həyata keçirib. 

Rusiya və Suriya qırıcılarının köməyi ilə müqavimət qüvvələri İŞİD-in nüfuz etdiyi mövqelərə nəzarəti ələ keçirdikdən sonra Kəbacəb ətrafında birləşib və İŞİD-in nüfuzunun qarşısı alınıb. 

Suriya ordusu həmçinin İŞİD-in Hmeymimə hücumunun qarşısını alıb və onlarla İŞİD-çi öldürülüb. 

İŞİD-in KƏbacəb və əl-Şula yolunda keçirdiyi əməliyyatda bir neçə hərbçi və sivil həlak olub. 

Bir hərbi rəsmi bildirib ki, ABŞ-ın başçılıq etdiyi "İŞİD əleyhinə Beynəlxalq Koalisiya"nın planları ilə uzlaşan İŞİD-in böyük planı zərərsizləşdirilib.