Okt 02, 2017 17:49 Asia/Baku
  • Haarets-in etirafı
    Haarets-in etirafı

Sionist Haarets qəzeti yazıb ki, ruhinqalı müsəlmanların Myanma ordusu tərəfindən qətli-am edilmələrində sionist rejimin əli var.

Haarets-in yazdığına görə, Avropa və Şimali Amerika ölkələrinin Myanmaya silah göndərməyi dayandırdıqları bir halda, İsrail rejimi ruhinqalı müsəlmanların işgəncə və qətli-am edilmələri üçün Myanma ordusuna kömək formasında bu hərəkəti davam etdirir.

Bu sionist qəzet sionist rejimin etnik təmizləmələr aparan ölkələrə silah satışında böyük keçmişə malik olmasına toxunaraq, yazıb ki, bu rejim ötən əsrin doxsanıncı onilliyində soyqırımı ilə məşğul olan Ruanda və Serbiya dövlətlərinə silah satıbdır.

Myanma ordusunun baş komandanı general Min Aunq Hlinq 2015-ci ilin sentyabrında işğal olunmuş Fələstinə səfər edərək, silah istehsal edən böyük sionist şirkətlərlə danışıqlar aparıbdır.

Elan olunmuş statistikalara əsasən, avqustun 25-dən başlanmış Myanma ordusunun Raxin əyalətində ruhinqalı müsəlmanlara qarşı hücumları nəticəsində altı mindən yuxarı ruhinqalı müsəlman həlak olub, azı səkkiz min nəfər də yaralanıbdır. Həmçinin 500 mindən çox insan da Banqladeşə qaçıbdır.

Teqlər