Sionist qəsəbə sakinləri əl-Əqsa məscidinə basqın edib
Onlarla sionist qəsəbə sakini yəhudilərin bayramlarının başlanması bəhanəsi ilə əl-Əqsa məscidinə hücum çəkib.
Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, 83 sionist qəsəbə sakini çərşənbə günü İsrail rejimi hərbçilərinin dəstəyi ilə Babül-Müğaribə tərəfdən mübarək əl-Əqsa məscidinə daxil olub və rəqs mərasimi keçirib.
İsrail rejimi hərbçiləri əl-Əqsa məscidinin girişlərində güclü təhlükəsizlik tədbirləri görərək fələstinlilərin sənədlərini və onların yanındakı vasitələri müsadirə ediblər.
Yalançı məbədin inşası sahəsində aktiv olan sionist təşkilatlar bir müddət öncədən sionist qəsəbə sakinlərini yəhudilərin bayramında əl-Əqsa məscidinə kütləvi şəkildə hücum çəkməyə təşviq etməyə başlayıblar.
Beytül-Müqəddəs şəhərində fəal Fələstin təşkilatları da iki gün öncə fələstinlilərdən istəyiblər ki, sionist rejimin bu şəhərdəki ekspansionist planlarının artmasını nəzərə alaraq əl-Əqsa məscidində daimi iştirak etsinlər.