Okt 04, 2017 19:52 Asia/Baku
  • Əl-Həvicə tam azad edildi

İraqın xalq səfərbər qüvvələrinin baş qərargahı bu gün Kərkük vilayətində yerləşən Əl-Həvicə rayonunun İŞİD terrorçularından tam azad edilməsindən xəbər verib.

Əl-Aləm telekanalının verdiyi məlumata görə, İraqın xalq səfərbər qüvvələrinin baş qərargahı İŞİD terrorçularının Əl-Həvicə rayonundakı son qərargahını da ələ keçirib və artıq bölgənin tam təmizlənilməsi əməliyyatı gedir.

Həşdüşşəbi qüvvələri bu gün səhər Əl-Həvicənin azad edilməsi əməliyyatına start vermişdi.

İraqlı qüvvələr bu rayonun azad edilməsi əməliyyatının ilk etapında onlarla kəndi azad edərək İŞİD terrorçularına ağır zərbə endirmişdilər.

İŞİD terrorçularının İraqın şimalındakı sonuncu bazası olan Əl-Hüveycənin azad edilməsi əməliyyatına isə 21 sentyabrda start verilmişdir.

Teqlər