Ərəbistan ərəb koalisiyasının BMT-nin qara siyahısına salınmasına reaksiya verməyib
-
Ərəbistan ərəb koalisiyasının BMT-nin qara siyahısına salınmasına reaksiya verməyib
BMT gizli bir məlumatda ərəb koalisiyasını Yəməndə yüzlərlə uşağı qətlə yetirməsi və yaralaması ilə əlaqədar suçlayıb. Ali-Səud rejimi bu məlumatın yayılmasına reaksiya verməkdən çəkinib.
Əl-Aləm televiziyası bu məlumatı bildirərək əlavə edib: Birləşmiş Millətlər Təşkilatı bir daha ərəb koalisiyasının Yəməndə uşaqları qırğın etməsi və yaralamasına şəhadət verdi. Kütləvi İnformasiya Vasitələri BMT-nin qara siyahısının gizli ilkin mətnindən xəbər verib və ifşa ediblər ki, Yəməndə uşaqları qırğın etdiyinə görə, ərəb koalisiyasının adı bu siyahıya salınıb.
Röytersin məlumat əldə etdiyi bu ilkin mətndə xatırlanıb ki, səudiyyəli təcavüzkarların işləri 683 uşağın qətlə yetirilməsi ilə nəticələnib və bu məlumat sadəcə 2016-cı ildə Yəməndə məktəb və xəstəxanaya 38 hücuma şamil olur. Amma bu rəqəmlər Yəmən dairələrinin təcavüzkarların gündəlik qətliamları haqda elan etdikləri rəqəmlərdən qat-qat azdır. Siyasi və diplomatik dairələr bildiriblər ki, bu hesabat bu ay BMT Təhlükəsizlik Şurasına təqdim olunacaq və bu ayın sonlarında onun haqqında müzakirə aparılacaq. Ərəbistanın BMT-dəki nümayəndəliyi bildirib ki, bu ölkənin adı qara siyahıya salınmayacaq. Səudiyyə Ərəbistanının BMT-dəki səfiri Abdulla əl-Müəllimi də bu hesabatın rəsmi şəkildə verilməyəcəyi zamana qədər reaksiya verməkdən çəkinib.
BMT-nin sözçüsü Stefan Dejarrik deyib ki, bu təşkilat yayılmış sənədlərə reaksiya vermir. Bu da Ərəbistanın beynəlxalq qərara təsir göstərmək üzrə səylərini əks etdirir. Çünki keçmişdə də belə hallar olmuşdur.