Sionist rejim ruhinqalı müsəlmanların qırğınındakı iştirakını etiraf edib
İşğal olunmuş ərazilərdəki sionist bir ekspert Təl-Əvivin Myanmada günahsız müsəlmanların qətlində iştirak etdiyini bildirib.
Sionist Haarets qəzetinin yazdığına görə, genosid məsələləri üzrə ekspert professor Yaiyer Evron bir məlumatda bildirib ki, ruhinqalı müsəlmanların Myanma ordusu tərəfindən qətli-am edilmələrində sionist rejimin əli var. O, İsrail rejiminin bir neçə on il bundan öncədən Myanmadakı hakim rejim tərəfindən törədilmiş soyqırımı və cinayətlərdən xəbərdar olduğunu və həmin ölkəyə silah və döyüş sursatı ixrac etdiyini etiraf edib.
Myanma ordusunun Raxin əyalətində ruhinqalı müsəlmanlara qarşı avqustun 25-dən başlanmış hücumları nəticəsində yüzlərlə nəfər öldürülüb, minlərlə nəfər də didərgin düşübdür. Myanmada müsəlmanlar heç bir vətəndaşlıq hüququna malik deyillər.