Suriya ordusu Hələbin ətrafında terrorçuların mövqelərini hədəfə alıb
Suriya ordusu və onun müttəfiqləri bu ölkənin Hələb şəhərinin qərb ətrafında terrorçuların mövqelərinə qarşı əməliyyatda onları tələfata düçar ediblər.
Suriya ordusu və onun müttəfiqləri Hələbin qərb ətrafında yerləşən Əlmənsurə və Qabat Ələsəd kəndlərində Cibhətunnusrə terror qrupunun və onun tabeliyində olan qrupların mövqelərini mərmi hədəfinə alıblar ki, bu da terrorçuları böyük xəsarətə və insan tələfatına düçar edibdir.
Həmçinin Suriya ordusu və onun müttəfiqlərinin irəliləyişlərinin davamında Hums şəhərinin ətrafında yerləşən Əlqəritin şəhərinin ətrafındakı bir neçə məntəqə terrorçuların işğalından azad edilibdir.
Suriyalı qüvvələr bir həftə bundan öncədən silahlı döyüşlər və çaxnaşmaların şahidi olan Əlqəritin şəhərinin Əlhəzm məntəqəsini azad ediblər.