Yəmənlilər səudiyyəlilərin cinayətinə baxılmasını istəyirlər
-
Yəmənlilər səudiyyəlilərin cinayətinə baxılmasını istəyirlər
Səudiyyə Ərəbistanının Yəmən paytaxtı Sənada bir yas mərasiminə hücumunda həlak olanların ilində yəmənlilər bu cinayəti törədənlərin mühakimə edilməsini istəyiblər.
Əl-Aləm telekanalının verdiyi məlumata görə, sözü gedən cinayətdə həlak olanların ailələri bu hücumu törədənlərdən intiqam alınmasını vurğulayıblar və zamanın keçməsi bu kimi cinayətləri törədənlərin məsuliyyətinin silinməsinə gətirib çıxarmayacağını bildiriblər. Onlar həlak olanların xatirəsini gül çələngi ilə yad ediblər.
ötən il oktyabrın 2-də səudiyyəlilər Sənaya hücum edərək Yəməndə ən böyük qırğını və ən əsas hərbi cinayəti törətdilər bu hücumda 700 mülki həlak oldu və yaralandı.
Səudiyyə Ərəbistanı 2015-ci il mart ayında Yəmənə hücum edib və bu ölkəni hava, quru və dənizdən mühasirəyə alıb. Səudiyyəlilərin təcavüzü nəticəsində 13 min yəmənli ölüb və bu ölkə xalqı aclıq və xəstəliklə üz üzədir.