Səudların hücumlarında yəmənli sivillər qətli-am ediliblər
-
Səudların hücumlarında yəmənli sivillər qətli-am ediliblər
Ərəbistanın Yəmənin Səədə vilayətindəki Şəda məntəqəsinə qarşı hava hücumunda doqquz yəmənli öldürülüb.
Səud qırıcıları dünən axşam Yəmənin Səədə vilayətindəki Şəda məntəqəsini bombalayıblar; nəticədə dörd nəfər də yaralanıbdır.
Bu hücumda yaralanmış şəxslərin vəziyyətinin ağır olmasına görə, tələfatın sayının artacağı ehtimal olunur.
Ərəbistan ötən cümə axşamı günü də Yəmənin Səədə vilayətindəki Baqəm məntəqəsini bombalamışdı. Nəticədə bir qrup uşaq və qadın daxil olmaqla on iki nəfər həlak olmuşdu.
Digər tərəfdən, Yəmənin ordu və xalq komitələri qüvvələrinin raket bölmələri səud hərbçilərinin Ərəbistanın cənubundakı Cizan şəhərinin Samtə məntəqəsində yerləşən qərargahına tərəf bir ədəd "Qahir-2 M" raketi atıblar.
Bunun bağlı, yəmənli qüvvələrin raket bölməsindəki bir mənbə deyib ki, bu raket dəqiqliklə hədəfə dəyib və səud hərbçilərin əməliyyat otağına və bu qüvvələrə birbaşa surətdə xəsarətlər vurubdur.