Suriya ordusu Deyruz-Zur şəhərində irəliləyir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i284869-suriya_ordusu_deyruz_zur_şəhərində_irəliləyir
Suriya Silahlı Qüvvələri Deyruz-Zur şəhərinin əl-Ərfi məhəlləsinin bir hissəsini İŞİD terror qruplaşmasından azad edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 11, 2017 08:23 Asia/Baku
  • Suriya ordusu Deyruz-Zur şəhərində irəliləyir
    Suriya ordusu Deyruz-Zur şəhərində irəliləyir

Suriya Silahlı Qüvvələri Deyruz-Zur şəhərinin əl-Ərfi məhəlləsinin bir hissəsini İŞİD terror qruplaşmasından azad edib.

İRNA-nın məlumatına görə, Suriya Müdafiə Nazirliyi bildirib: Suriya Silahlı Qüvvələri çərşənbə axşamı günü İŞİD terror qruplaşması ilə mübarizənin davamında, əl-Ərfi məhəlləsinin bir hissəsini nəzarətə götürməkdən əlavə, Deyruz-Zurda Hətlə kəndi istiqamətində bir sıra əraziləri azad ediblər. 

Suriya ordusu qüvvələri Fərat çayının şərqində Hətlə kəndini İŞİD terror qruplaşmasının işğalından azad ediblər. 

Homs, Riqqə, Həma və Deyruz-Zur vilayətlərində terrorçuların mövqeləri əleyhinə əməliyyat Suriyada önəmli bölgələrdə İŞİD terror qruplaşmasının məhvi üçün Suriya Silahlı Qüvvələrinin əməliyyatlarının bir hissəsini təşkil edir. 

Livanın əl-Məyadin televiziyası da bildirib: Suriya ordusu və müttəfiqləri Suriyanın İordaniya ilə sərhədlərinə nəzarəti tam ələ keçiriblər.