Okt 14, 2017 16:40 Asia/Baku
  • BMT Yəməndə qıtlığın artması ilə bağlı xəbərdarlıq etdi
    BMT Yəməndə qıtlığın artması ilə bağlı xəbərdarlıq etdi

10 milyondan çox yəmənli o cümlədən yarım milyon uşaq hal hazırda qıtlıq və aclıqdan əziyyət çəkir. Beynəlxalq Ərzaq Təşkilatı isə təcili humanitar yardıma ehtiyaclı yəmənlilərin sayını 20 milyon elan edib.

Ərəbistanın Yəməni mühasirədə saxlaması nəticəsində onsuz da çətin vəziyyətdə olan ölkə əhalisi indi yeni insani problemlərlə üzləşib. Buna görə, hazırda Yəmən əhalisinin üzləşdiyi problemlərin miqyasını təxmin etmək artıq qeyri mümkündür. Yəmən xalqı üçün humanitar yardım daşıyan onlarla yük gəmisi Yəmən limanlarına gedən yolda saysız çətinliklər ilə üzləşirlər. Bu isə Yəmən xalqına vaxtında yardımın çatdırılmasına mane olur, Yəməndə insan böhranını dərinləşdirir. 

BMT-nin bildirdiyinə görə, 10 milyondan çox yəmənli aclıq və qıtlıqdan əziyyət çəkir. Bu təşkilat Yəməndə qıtlığın daha da artması ehtimalı barədə xəbərdarlıq edib. Aclıqdan əziyyət çəkən yəmənlilər arasındakı uşaqların sayı isə 500 min nəfərdir. 

Dəniz hesabatları, BMT-nin məxfi hesabatları, humanitar təşkilatlar və gəmiçilik təşkilatları ilə müsahibələrdən aydın olur ki, Ərəbistanın Yəmənə olan hücumları bu ölkə əhalisinin problemlərini xeyli artırıb. Ərəbistan humanitar yardımların Yəmənə daxil olmasına icazə vermir. 

BMT ötən il Yəmənə humanitar yardımların çatdırılması prosesinin asanlaşdırılması üçün bir sistem hazırlasa da, bu layihə nəticəsiz qaldı. 

Teqlər