İŞİD Rəqqədə sivil əhalidən canlı qalxan kimi istifadə edir
Suriyanın Rəqqə Şəhər Şurasının bir üzvünün dediyinə görə, sivil əhalinin Rəqqə şəhərindən çıxarılması üzrə əldə edilmiş anlaşmaya əsasən, şəhərdə qalan son İŞİD terrorçuları şəhəri sivil əhali ilə birlikdə tərk və onlardan özləri üçün canlı qalxan kimi istifadə edəcəklər.
İRİB-nin verdiyi məlumata görə, Rəqqə Şəhər Şurasının üzvü Ömər Əlvəş deyib: İŞİD terrorçularının sivil əhali ilə birlikdə Rəqqə şəhərindən çıxmalarına dair anlaşmanın şənbə günü yekunlaşacağı gözlənilir.
Rəqqədəki qəbilə başçıları indiyə kimi yüzə yaxın İŞİD terrorçusunu təslim olmağa razı salmağı bacarıblar. Amma, digər terrorçular təslim olmaq istəmirlər.
İnformasiya mənbələri şənbə günü İŞİD terrorçularının Rəqqə şəhərini Deyrəzzura doğru tərk etməyə başlamalarından xəbər veriblər.