Okt 15, 2017 11:31 Asia/Baku
  • Ali-Səud rejimi Trampın İran əleyhinə açıqlamasını yenidən dəstəkləyib
    Ali-Səud rejimi Trampın İran əleyhinə açıqlamasını yenidən dəstəkləyib

Səudiyyə Ərəbistanı kralı Kral Salman şənbə günü ABŞ prezidenti ilə telefon söhbətində Donald Trampın İran əleyhinə açıqlamasını dəstəkləyib.

Bir çox ölkə, beynəlxalq təşkilat, hətta bəzi ABŞ rəsmilərinin Trampın İran İslam Respublikası əleyhinə açıqlamasını qeyri-diplomatik, çaşqınlıq və dəyərsiz adlandırdıqları halda, Kral Salman ABŞ-ın İran qarşısındakı yeni strategiyasını müsbət qarşılayıb. 

Bundan öncə də səudiyyə rejimi Ali-Xəlifə və Ali-Nəhyan rejimləri ilə birlikdə ABŞ prezidenti Donald Trampın İran İslam Respublikası əleyhinə açıqlamasını dəstəkləmişdilər. 

ABŞ prezidenti Donald Tramp cümə gecə bildirmişdi ki, İran İslam Respublikasının Əhatəli Müştərək Təşəbbüs Proqramına sadiq qalmasını təsdiqləməyəcək. 

Avropa Birliyi və dünyanın bir çox ölkəsi Trampın bu açıqlamasından sonra nüvə anlaşmasını tam şəkildə dəstəkləyəcəklərini elan etmişdir. 

Tramp İran xalqı əleyhinə əsassız ittihamları təkrarlayaraq iddia edib ki, Tehran terrorizmi dəstəkləyir və  Suriya və İraqda Vaşinqton və müttəfiqlərinin dəstəklədikləri terrorçularla mübarizədə İslam İnqilabı Keşikçilər Korpusu Sepahı yeni sanksiyalar siyahısına əlavə edəcək. 

ABŞ prezidenti həmçinin öz çıxışında bu ölkənin Dövlət Departamentinin sənədlərinə diqqət yetirmədən Fars körfəzi yerinə saxtda addan istifadə edib. 

Teqlər