İraqın hərbi helikopterləri Kərkükə daxil olub
-
İraqın hərbi helikopterləri Kərkükə daxil olub
İraq kürd muxtariyyəti peşmərgələrinin Kərkükdən geri çəkilməkdən imtina etmələri ardınca, Kütləvi İnformasiya Vasitələri ötən gecə İraqın mərkəzi hökumətinə aid 15 helikopterin bu şəhərə daxil olduğunu bildiriblər.
İraq Kürdüstanı peşmərgə qüvvələrinin komandanlarından biri Sirvan Barzani ötən gün deyib: Peşmərgə qüvvələri hazır vəziyyətdədirlər və Kərkükdən geri çəkilməyəcəklər.
Əl-Aləm televiziyasının məlumatına görə, əl-İtticah televiziyası məlumatlı dairələrə istinadla bildirib: Peşmərgə qüvvələr də Kərkükün cənubunda neft yataqlarından geri çəkilmək üçün Bağdadın xəbərdarlığına qarşı çıxaraq bu şəhərdə öz müdafiə və raket gücünü artırıblar.
İraqın rəsmi dairələri indiyə qədər bu ölkə hərbi helikopterlərinin Kərkükə daxil olması haqda açıqlama verməyiblər.
İraq ordusu qüvvələri ötən cümə günü peşmərgə qüvvələrinin nəzarətində olan Kürdüstan bölgəsi sərhədlərindən kənar bölgələrdə yerləşdirilmək məqsədilə Kərkükün cənub bölgələrinə daxil olublar və bu bölgə bayrağını endirərək İraq bayrağını sancıblar.