Yəmənin müxtəlif bölgələrində 18 muzdlu öldürülüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i285219-yəmənin_müxtəlif_bölgələrində_18_muzdlu_öldürülüb
Yəmən ordusu və xalq qüvvələrinin snayperləri Marib, Təiz və Zali vilayətlərində 18 səudiyyəli təcavüzkar muzdlunu öldürüblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 15, 2017 11:27 Asia/Baku
  • Yəmənin müxtəlif bölgələrində 18 muzdlu öldürülüb
    Yəmənin müxtəlif bölgələrində 18 muzdlu öldürülüb

Yəmən ordusu və xalq qüvvələrinin snayperləri Marib, Təiz və Zali vilayətlərində 18 səudiyyəli təcavüzkar muzdlunu öldürüblər.

Əl-Aləm televiziyasının hərbi rəsmiyə istinadla verdiyi məlumata görə, Sərvah şəhərində müxtəlif bölgələrdə 8 muzdlu və Zali vilayətinin əl-Şəbəkə yüksəkliklərində 2 muzdlu öldürülüb. 

Məlumata görə, beş muzdlu da Təiz vilayətində və üç təcavüzkar da Zali vilayətinin Meris bölgəsində öldürülüb.

Digər tərəfdən səudiyyəli-amerikalı təcavüzkar qırıcılar Marib vilayətində Hərib əl-Qəramiş rayonunu bombalayıblar.

Bununla yanaşı səudiyyəli-amerikalı təcavüzkar qırıcılar Səna vilayətinin 9-cu rayonunda əl-Mədhun bölgəsini bombalayıblar.