Spayker cinayəti ilə bağlı terrorçu yaxalanıb
Okt 15, 2017 20:17 Asia/Baku
-
Spayker cinayəti ilə bağlı terrorçu yaxalanıb
İraqın Müharibə Təbliğatı Qərargahı Spayker bazası cinayətini törədən əsas üzvlərdən birinin saxlanıldığını bildirib.
Süməriyyə Newsun məlumatına görə, İymən Spayker kimi məşhurlaşan İymən Davud Vəlid Dəham əl-Cəlbusi əl-Anbar vilayətinin Fəllucə şəhərinin əl-Kərəmə adasında saxlanılıb.
İŞİD terror qruplaşması 2014-cü il avqust ayının ortalarında Tikrit şəhərini işğal edərkən bu şəhərin şimalında Spayker hərbi bazasının yüzlərlə tələbəsi və kursantını edam etdi.