Yəmənli qüvvələrin irəliləyişi davam edir
-
Yəmənli qüvvələrin irəliləyişi davam edir
Yəmənin ordu və xalq komitələri qüvvələri bu ölkənin müxtəlif məntəqələrində səud muzdurlarından daha bir qrupunu məhv edərək, Ərəbistanın içərilərinə doğru irəliləyişlərini də davam etdiriblər.
Yəmənli qüvvələr Yəmənin və Ərəbistanın daxilindəki yeni əməliyyatlarında yeni irəliləyişlərə nail olublar.
Təcavüzkar qüvvələrin meydan döyüşlərindəki məğlubiyyətləri onların Yəmən xalqına qarşı qətli-amı davam etdirmələrinə səbəb olub. Bu istiqamətdə bir yəmənli ailə Əlməsurə məntəqəsində təcavüzkarların hava hücumları hədəfinə çevrilibdir.
Təcavüzkarlarla mübarizə, eləcə də muzdurlar qarşısında müqavimətin gücləndirilməsi üçün bir qrup yəmənli mübariz manevr və parad ilə müşayiət olunan bir mərasimdə məzun olaraq, döyüş meydanlarına göndərilməyə hazırlaşıbdır.