Suriya ordusu Əl-Qürəytin şəhərini azad etdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i285533-suriya_ordusu_Əl_qürəytin_şəhərini_azad_etdi
Suriya dövlət televiziyası bu ölkə qüvvələrinin şənbə günü Homs vilayətinin cənub-şərqində yerləşən Əl-Qürəytin şəhərini azad etməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 21, 2017 17:58 Asia/Baku
  • Suriya ordusu Əl-Qürəytin şəhərini azad etdi
    Suriya ordusu Əl-Qürəytin şəhərini azad etdi

Suriya dövlət televiziyası bu ölkə qüvvələrinin şənbə günü Homs vilayətinin cənub-şərqində yerləşən Əl-Qürəytin şəhərini azad etməsindən xəbər verib.

Suriyanın dövlət xəbər agentliyi SANA-nın verdiyi məlumata görə, bir qrup İŞİD terrorçusu Əl-Qürəytində Suriya ordusu ilə gedən döyüşlərdə öldürülüb. 

27 sentyabrda 300 İŞİD terrorçusu Əl-Rəkban məntəqəsindən strateji əhəmiyyət daşıyan Əl-Qürəytin şəhərinə hücum edərək, bu şəhəri işğal etmişdilər. 

Daxil olan məlumatlara görə, İŞİD terrorçuları ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya ilə də əlaqəyə malikdirlər və ABŞ-ın Müdafiə Nazirliyi İŞİD-in işğalı altında olan ərazilərdə amerikan hərbi maşınların və hərbi təchizatların olduğunu sənədləşdirib. Digər tərəfdən isə ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın helikopterləri İŞİD başçılarını xilas edərək, onları digər məntəqələrə köçürürlər.