Beynəlxalq ictimaiyyət Fələstin məsələsinin həlli üçün ciddi iradəyə malik deyil
https://azeri.sahartv.ir/news/qərbi_asia-i285599-beynəlxalq_ictimaiyyət_fələstin_məsələsinin_həlli_üçün_ciddi_iradəyə_malik_deyil
Fələstin İslami Müqavimət Hərəkatının(HƏMAS) siyasi bürosunun sədr müavini deyib: Beynəlxalq ictimaiyyət Fələstin məsələsinin həlli və fələstinlilərin hüquqlarının bərpası üçün ciddi iradəyə malik deyil.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 23, 2017 09:39 Asia/Baku
  • Beynəlxalq ictimaiyyət Fələstin məsələsinin həlli üçün ciddi iradəyə malik deyil
    Beynəlxalq ictimaiyyət Fələstin məsələsinin həlli üçün ciddi iradəyə malik deyil

Fələstin İslami Müqavimət Hərəkatının(HƏMAS) siyasi bürosunun sədr müavini deyib: Beynəlxalq ictimaiyyət Fələstin məsələsinin həlli və fələstinlilərin hüquqlarının bərpası üçün ciddi iradəyə malik deyil.

Salih Əl-Aruri Əl-Aləm telekanalına verdiyi müsahibədə " iki ölkənin yaradılmasına dair həll yolu müsbət perspektivə malikdirmi?" sualını belə cavablandırıb: Sionist rejimin yaradılmasından indiyədək beynəlxalq ictimaiyyət Fələstin məsələsinin həlli üçün müəyyən təkliflər irəli sürüb ancaq hətta onların öz meyarları əsasında bir həll yolunun müəyyənləşməsi üçün ciddi iradə yoxdur. BMT Təhlükəsizlik Şurasının qətnamələri ar və həll yolu tapmaq üçün 4 tərəfli komitə də təşkil olundu. Fələstin ölkəsini rəsmən tanısalar da bu istiqamətdə ciddi və konkret addımlar atılmır ona görə ki, tərəflərdən heç biri sionist rejimə təzyiq göstərmək istəmir və bu rejimin təcavüzkarlığı və işğalçılığı ilə artıq barışıblar. Madriddən başlayan müzakirələr 3 ildir davam edir amma bizim üçün heç bir nəticə yoxdur. Regionda işğalçılara qarşı nailiyyətlər əldə olunubsa sadəcə gücdən istifadə yolu ilə mümkün olub.