Okt 23, 2017 21:44 Asia/Baku
  • Əsəd: Terrorçu müharibə suriyalıları zəiflədə bilmədi
    Əsəd: Terrorçu müharibə suriyalıları zəiflədə bilmədi

Suriya prezidenti bu ölkənin milli futbol komandasının oyunçuları və texniki kadrı ilə görüşündə bu komandanın 2018-ci il dünya çempionatının ilkin yarışlarındakı uğurlarının terrorçu müharibənin Suriya xalqının iradəsini qırmaqda nakam qalmasının əyani nümunəsi olduğunu deyib.

Suriyanın rəsmi xəbər agentliyi SANA-nın verdiyi məlumata görə, Suriya prezidenti Bəşar Əsəd deyib: Suriyanın yığma futbol komandasının etdikləri göstərdi ki,, bir neçə ildir Suriyanı hədəfə alan terrorçu müharibə nəinki suriyalıların iradəsini qıra bilməmiş hətta onların həmrəyliyi və iradəsini gücləndirmişdir. 

Bəşar Əsəd deyib: Suriyanın üz-üzə durduğu ağır şəraitdə bu ölkənin yığma futbol komandasının güclənməsi öz-özlüyündə nailiyyətdir və Ordunun terrorçular qarşısındakı qələbələri və Suriya xalqının müqaviməti olmasaydı Suriyanın bütün nailiyyətləri reallaşmayacaqdı.

Suriyanın milli futbol kamandasının üzvləri və texniki kadrı da ölkə prezidentinin lazımlı diqqət və qayğısına görə öz təşşəkürlərini bildiriblər və növbəti yarışlarda Suriya bayrağını dalğalandırmaq məqsədi ilə daha böyük uğurlar qazanmağa əzmkar olduqlarını bildiriblər. 

Teqlər