Okt 25, 2017 10:18 Asia/Baku
  • İngilis silahının Ərəbistana satışı artıb
    İngilis silahının Ərəbistana satışı artıb

İngilis mənbələr xəbər veriblər ki, cari milad ilinin ilk yarısında ingilis silahının Səudiyyə Ərəbistanına satışı bir milyard yüz milyon funt sterlinqi ötüb keçibdir.

Londonda çıxan Qardian qəzeti vebsaytının məlumatına görə, İngiltərə beynəlxalq ticarət nazirliyinin statistikası Yəmənə hücum edən Səudiyyə Ərəbistanı rejimi ilə ticarət mənfəətindən xəbər verir.

Bu statistikaya əsasən, 2017-ci ilin əvvəlindən bəri ingilis silahının Səudiyyə Ərəbistanına satışı aybaay artır.

İngiltərənin baş naziri Tereza Mey bu ölkənin Avropa Birliyindən çıxması prosesinin başlandığının elan edilməsindən sonra özünün ilk xarici səfərində Səudiyyə Ərəbistanına getdi.

Ərəbistanın Yəməndə savaş aparmaqla məşğul olduğu bir halda, İngiltərə dövləti raket, tüfəng və qiyamın yatırılması üzrə vəsaitlər kimi silahların Səudiyyə Ərəbistanına daha artıq satılması barədə qərar qəbul edib.

Qardian İngiltərə Liberal-Demokrat Partiyasının sədr müavini Co Suinsona istinadla yazıb: İngiltərənin silahsatma şirkətlərinin utanc gətirən mənfəətləri minlərlə yəmənlini qıran, milyonlarla yəmənlini də aclığa və xəstəliyə məruz qoyan bir rejimə silah və sursat satışından əldə olunur.

Co Suinson söyləyib: İngiltərə dövləti Ərəbistanın Yəmənə hücum vəziyyətində olduğu zamanadək təcili olaraq, Səudiyyə Ərəbistanına silah satışını dayandırmalıdır.

İngiltərədə kölgə hökumətinin xarici işlər naziri də ötən ay leyboristlər partiyasının illik yığıncağında deyibdir ki, Ərəbistana gizli silah satışı dayandırılmalıdır.

Teqlər