İnsan haqları təşkilatları Ərəbistanda siyasi məhbusların tez bir zamanda azad edilmələrini vurğulayıblar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i285691-İnsan_haqları_təşkilatları_Ərəbistanda_siyasi_məhbusların_tez_bir_zamanda_azad_edilmələrini_vurğulayıblar
İnsan haqları üzrə beynəlxalq təşkilatlar Ərəbistanda siyasi məhbusların tez bir zamanda azad edilmələrini istəyiblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 25, 2017 07:45 Asia/Baku
  • İnsan haqları təşkilatları Ərəbistanda siyasi məhbusların tez bir zamanda azad edilmələrini vurğulayıblar
    İnsan haqları təşkilatları Ərəbistanda siyasi məhbusların tez bir zamanda azad edilmələrini vurğulayıblar

İnsan haqları üzrə beynəlxalq təşkilatlar Ərəbistanda siyasi məhbusların tez bir zamanda azad edilmələrini istəyiblər.

Mərah Əlcəzirə xəbər portalı dünən yazıb: İnsan haqları üzrə beynəlxalq təşkilatlar Ərriyad dövlətindən səudiyyənin siyasi və xəfiyyə orqanlarının məhkəmə aparatının işlərinə qarışmalarını dayandırmasını istəyiblər. Onlar vurğulayıblar ki, Ərəbistan əsassız ittihamlara, eləcə də iqtidarın təmayülləri və göstərişlərinə əsasən hökmlərin verilməsinə son qoymalıdır.

Onlarla məlumat göstərir ki, Ərəbistanda məhbusların mühakiməsi ədalətli olmayıb və insan haqları üzrə beynəlxalq təşkilatlar bu ölkədə siyasi məhbusların tez bir zamanda azad edilmələrini vurğulayıblar.

Bu məlumata görə, blogger Raif Bədəvi, vəkil Vəlid Əbulxəyir, yazıçı Nəzir Əlmacid, siyasi xadim Fazil Əlşulə, hüquq müdafiəçisi Fazil Əlmənasəf, eləcə də uşaq məhbuslar, o sıradan Əli Əlnimr, Abdullah Əlzəhhar və başqaları Ərəbistanda siyasi məhbuslardandırlar.

Səud başçılarının bütün müxaliflərdən intiqam almaq üzrə puç dəlilləri və qaranlıq şərtləri genişlənməkdədir və onlar ən sadə qanuni hüququn icrası üzrə xahişlərə də göz yumurlar.