Okt 26, 2017 12:16 Asia/Baku
  • İraqın qərbində İŞİD-in son bazasına hücum başlandı
    İraqın qərbində İŞİD-in son bazasına hücum başlandı

İraqın baş naziri Heydər Əl-İbadi ölkənin qərbində İŞİD-in son sığınacağına qarşı hərbi əməliyyatların başlanması haqda göstəriş verib.

İRİB-nin verdiyi məlumata görə, İraq ordusunun əməliyyatı bu gün səhər başlanıb. Əl-Qaim və Ravə məntəqələrinin azad edilməsini qarşıya qoyan bu əməliyyat iraqlı qüvvələrin 3 istiqamətdən yürüş etməsi ilə başlanıb. 

Daxil olan məlumatlara görə, yüzlərlə İŞİD terrorçusu iraqlı qüvvələrin əməliyyatı ərəfəsində Əl-Qaim məntəqəsini kütləvi şəkildə tərk edərək, Suriya ərazisinə qaçıb.

Bu məlumata görə, İraqın könüllü xalq qüvvələri Həşdüşşəbi Əl-Qaimdə cənub-qərb əməliyyatına başçılıq edir. 

Hərbi mənbələr bildirirlər ki, İordaniya və Suriya ilə Əl-Rəmadi arasındakı beynəlxalq şose yolunun təhlükəsizliyinin təmin edilməsi İraq hökumətinin hazırda başlıca prioritetidir. 

Həşdüşşəbinin sözçüsü Əhməd Əl-Əsədi daha öncə bildirmişdi ki, Əl-Qaim, Ravə və Səhra məntəqələrini azad etmək üçün tam hazırlıq mövcuddur. 

İŞİD terror qruplaşması 3 il öncə Əl-Qaim və Ravə məntəqələrini işğal edib. Bu iki məntəqə Suriya ilə sərhəd məntəqədə yerləşir. 

Teqlər