Yəmən Səudiyyə Ərəbistanının Tayfon hərbi təyyarəsini vurub
-
Yəmən Səudiyyə Ərəbistanının Tayfon hərbi təyyarəsini vurub
Yəmən ordusu havadan müdafiə bölməsi dünən gecə Səna şəhərinin səmasında Səudiyyə Ərəbistanının Tayfon hərbi təyyarəsini vurduğunu bildirib.
İRNA-nın verdiyi məlumata görə, Yəmən ordusu havadan müdafiə bölməsi bildirib ki, Səudiyyə təyyarəsi quru-hava raketi ilə vurulub.
Tayfon təyyarələri ən güclü hərbi təyyarələr sırasındadır. Səudiyyə Ərəbistanı bu tipli təyyarələrdən 72 ədədinə malikdir.
Yəmən ordusu hava qoşunlarının komandanı general İbrahim Əşşami deyib: Yəmən səmasında güc balansı dəyişməkdədir və düşmən Yəmənin bu sahədəki xəbərdarlığını ciddiyə almalıdır.
Səudiyyə rejimi ABŞ-ın dəstəyi və BMT-nin sükutu sayəsində 2015-ci il mart ayından Yəmənə qarşı hərbi təcavüzə başlayıb, bu ölkəni quru, hava və dənizdən blokadaya alıb və bütün bunların bəhanəsi istefa vermiş prezident Əbd Rəbbə Mənsur Hadini hakimiyyətə qaytarmaqdan ibarətdir.
Bu hərbi təcavüz nəticəsində indiyədək 13 min yəmənli həlak olub, on minlərlə mülki yaralanıb və milyonlarla Yəmən vətəndaşı didərgin düşüb, Yəmənin infrastrukturu tam dağılıb.