Yəmən müharibəsi Səudiyyə koalisiyası üçün bataqlıqdır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i285825-yəmən_müharibəsi_səudiyyə_koalisiyası_üçün_bataqlıqdır
Yəmən müharibəsi Səudiyyə Ərəbistanı üçün bataqlığa çevrilib və bu müharibənin davam etməsi Ərrəyad üçün ağır xərclərə səbəb olacaq və bu ölkə bu müharibədən abırla çıxa bilməyəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 28, 2017 12:12 Asia/Baku
  • Yəmən müharibəsi Səudiyyə koalisiyası üçün bataqlıqdır
    Yəmən müharibəsi Səudiyyə koalisiyası üçün bataqlıqdır

Yəmən müharibəsi Səudiyyə Ərəbistanı üçün bataqlığa çevrilib və bu müharibənin davam etməsi Ərrəyad üçün ağır xərclərə səbəb olacaq və bu ölkə bu müharibədən abırla çıxa bilməyəcək.

Əl-Məyadin telekanalının məlumatına görə, Səudiyyənin gənc şahzadəsi Məhəmməd Bin Salman " Ənsarullahın Səudiyyə Ərəbistanı sərhədlərində ikinci Hizbullaha çevrilməməsi üçün müharibə dayandırılmayacaq" sözünü nəyə əsaslanaraq söyləyir? Məhəmməd Bin Salman bunu Yəmənə qarşı müharibənin 3-cü ilində söyləyir və bu müddətdə müharibənin udan və uduzan tərəfi olmayıb. Bu müddətdə Qətiyyətli Tufan əməliyyatı heç bir nəticə verməyib. Səudiyyə Ərəbistanı ərəb koalisiyası adlandırdığı qüvvələrin dəstəyi ilə Yəməndə nəzərdə tutduğu məqsədlərinə nail olmayıb. Koalisiyaya üzv olan 10 ölkənin əksəriyyəti müəyyən səbəblər üzündən Yəmən müharibəsindən geri çəkildilər. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri arasında rəqabət bu iki ölkənin Yəmən üzrə koalisiyasını təhdid edir və Doha ilə Ərrəyad arasındakı böhran Qətərin də bu müharibədən çıxması ilə nəticələndi. 

Məlumatda deyilir: Misir və Küveytin də bu müharibədə iştirak etməyə meyilləri yoxdur. Beynəlxalq ictimaiyyətin səudiyyəlilərə heç bir nailiyyəti olmayan bu uzun müharibəni ört-basdır etmək imkanı barədə də bir çox suallar ortadadır. Səudiyyə Ərəbistanını hərbi cinayətdə ittiham edən səslər də ucalıb. Sərhədsiz həkimlər təşkilatı da etiraz əlaməti olaraq Yəməndəki işçilərini bu ölkədən çıxartdı. Səudiyyə Ərəbistanına silah satışı müqavilələrinin çoxunun icrası da dayandırılıb. Silah satışına nəzarət təşkilatı bu barədə ölkələrə müraciət etmişdi. Səudiyyə Ərəbistanı bütün bunlara rəğmən Yəmənə qarşı müharibəni davam etdirir amma sual bundan ibarətdir ki, keçmişdəki bütün dəstəklərə rəğmən əldə olunmayan qələbə, himayələrin zəiflədiyi yeni şəraitdə necə əldə oluna bilər? Bəziləri Səudiyyə Ərəbistanını özündən şücaət göstərərək bir tərəfli qaydada Yəmən müharibəsindən çıxmağa çağırırlar. Ərəbistan Yəmən müharibəsindən çıxmağa qərar verərsə bunu biabir olmamaq üçün nə formada etməlidir? 

Yəmən ordusu və xalq komitələrinin Ədən şəhərindən geri çəkilmələrindən başqa, son illərdə bu ölkədə müharibə meydanında ciddi dəyişiklik olmayıb və sadəcə səudiyyəlilərin cinayətləri artıb. Yəmən ordusu və xalq komitələri müharibəni Səudiyyə ərazisinə çəkiblər və ballestik raketlərin atılması Səudiyyə koalisiyası üçün nigaranedici və önləyici amilə çevrilib. Səudiyyəlilərin Yəməndə hərbi balansı dəyişməkdə nakamlığı onların istədikləri siyasi şəraiti Ənsarullaha qəbul etdirə bilməmələrinə səbəb olub.