Okt 28, 2017 20:27 Asia/Baku
  • Fələstindən Britaniyaya qarşı şikayət
    Fələstindən Britaniyaya qarşı şikayət

Fələstin xarici işlər nazirinin müavini deyib: Noyabrın 2-də Balfor bəyannaməsinin 100 illiyi münasibəti ilə şənlik keçiriləcəyinə görə Britaniyaya qarşı şikayət ediləcəyini bildirib.

AP-nin verdiyi məlumata görə, Fələstin müxtariyyətinin xarici işlər nazirinin müavini Teysir Cəradat deyib: Biz müvafiq beynəlxalq qurumlara müraciət və şikayət layihəsinin təqdim olunması kimi diplomatik təşəbbüslərə əl ata bilərik. 

Müxtəlif fələsitnli partiyalar və demokratik təsisatlarından ibarət bir komitə Balfor bəyannaməsinin 100 illiyinin qeyd olunması üçün təşkil edilmişdir. 

Ötən həftə Britaniyanın Fələstindəki bir çox qrumları qarşısında piketlər keçirildi və iştirakçılar Britaniyanın Balfor bəyannaməsinə görə üzr istəməli olduğunu bildirdilər. 

Balfor bəyannaməsinin 100 illiyinin qeyd olunması üzrə komitənin üzvlərindən olan Hilmi Əl-Ərac isə deyib: Bu barədə dünyaya xüsusiylə də Britaniyaya mesaj göndərilib. Britaniya Fələstinin qanuni hüququ və Fələstin xalqının qanı bahasına bu günü şənliyə çevirib. 

Balfor bəyannaməsi, Britaniyanın Fələstində bir yəhudi dövlətin yaradılmasına dəstək verməsi vurğulanır. 

Teqlər