Xalid Məşəl: Britaniya üzr istəməkdənsə Balfor bəyannaməsinə fəxr edir
Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS-ın siyasi bürosunun keçmiş rəhbəri Xalid Məşəl deyib: Bu gün Britaniya balfor bəyannaməsinə görə üzr istəməkdənsə ona fəxr edir.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Xalid Məşəl bu gün Qəzzədə keçirilən Fələstin milli təhlükəsizlik konfransında video bağlantısında deyib: Vaşinqton Fələstin məsələsinə əhəmiyyət vermədən işğalçı rejim ilə əlaqələrini adiləşdirmək istəyir və buna görə diqqətli olmaq lazımdır.
Xalid Məşəl Qüds barədə deyib: Qüdsün simvol olması kimsəyə Fələstin xalqının haqqına göz yummaq icazəsi vermir və bəzi ərəb və müsəlman tərəflər Fələstin məsələsi ilə işğalçı rejimin qəbzlərini ödəmək üçün pul kisəsi kimi baxırlar.
Balfor bəyannaməsi 1917-ci il noyabrın 2-də Britaniyanın fəaliyyətdə olan xarici işlər naziri Artur Ceyms Balfor tərəfindən yayılan bəyannamənin adıdır. Bu sənədə görə Britaniya , beynəlxalq sionizm hərəkatının başçıları, onların Britaniya və Avropadakı nümayəndələri Fələstin ərazilərində yəhudi rejimin yaradılmasına dəstək verəcəkləri barədə öz üzərlərinə öhdəlik götürürlər.
Britaniyanın baş naziri Tereza Mey oktyabrın 17-də leyboristlər palatasının üzvlərinin sualına cavabda demişdi:" Britaniyanın İsrailin yaranmasındakı roluna görə fəxr edir və bu günü şənlik edirik. "