BBC Əfqanıstanda dil təfriqəsi salmağa çalışır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i286071-bbc_Əfqanıstanda_dil_təfriqəsi_salmağa_çalışır
İngiltərənin BBC mediası özünün Facebook-dakı rəsmi adını “BBC Əfqanıstan”dan “BBC dəri”yə dəyişib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 03, 2017 10:28 Asia/Baku
  • BBC Əfqanıstanda dil təfriqəsi salmağa çalışır
    BBC Əfqanıstanda dil təfriqəsi salmağa çalışır

İngiltərənin BBC mediası özünün Facebook-dakı rəsmi adını “BBC Əfqanıstan”dan “BBC dəri”yə dəyişib.

BBC-nin bu hərəkəti virtual mühitin əfqan istifadəçiləri arasında tənqid dalğaları yaratmaqdan əlavə, əfqan politoloqlar arasında da tənqidlərə səbəb olubdur.

Kabil universitetinin professoru Əhməd Hoseyni bu barədə deyib: “Fars dili” İran, Əfqanıstan, Tacikistan və Özbəkistan vahididir ki, onun Əfqanıstandakı danışıq tərzini dəri adlandırırlar.

Kabil universitetinin digər bir professoru Mehdi Vəhidi də bu barədə deyib: Keçmişdə hətta Əfqanıstan məktəblərində “farsca qiraət” adı altında bir bölmə tədris olunurdu və BBC etnik təəssübləri yaymaq üçün və siyasi məqsədlərə görə bu işi görübdür.