Noy 03, 2017 14:36 Asia/Baku
  • İŞİD terrorçuları İraqın Əlqaim şəhərindən qaçıblar
    İŞİD terrorçuları İraqın Əlqaim şəhərindən qaçıblar

İraqlı qüvvələrin Ələnbar vilayətinin qərbində yerləşən Əlqaim şəhərinin mərkəzinə doğru irəliləmələrinin ardınca İŞİD ünsürləri bu şəhərdən Suriyada yerləşən Əlbukəmal şəhərinə tərəf qaçıblar.

Əlhəşduşşəbi qüvvələrinin kəşfiyyat xidmətləri bu gün belə qeyd ediblər: İraqın ordu və xalq səfərbər qüvvələrinin Əlqaim sərhəd şəhərini azad etmək üzrə geniş əməliyyatının doqquzuncu günündə çoxlu sayda təkfirçi İŞİD terrorçusu, o sıradan bu qrupun xarici ünsürləri Suriyada yerləşən Əlbukəmal şəhərinə tərəf qaçıblar.

Bu məlumata görə, İraqın ordu və xalq səfərbər qüvvələri cənub cəbhəsindən Əlqaim şəhərinin mərkəzinə doğru irəliləmələrinin davamında Əlkərabilə və Ətnək məhəllələrinə daxil olublar.

Eyni zamanda, İŞİD terrorçuları İraqın hərbi təyyarələrinin gözündən yayınmaq üçün Əlqaim şəhərinin Qəzzə məhəlləsində mülkilərin evlərini yandırıblar.

 

Teqlər