İraqın Əlqaim şəhərinin mərkəzi azad edilib
Noy 03, 2017 19:55 Asia/Baku
İraqlı qüvvələr Ələnbar vilayətinin qərbində yerləşən Əlqaim şəhərinin mərkəzini İŞİD terror qrupunun işğalından tam şəkildə azad edərək, İraq bayrağını şəhərdəki dövlət binalarının üzərində dalğalandırıblar.
İraqlı qüvvələr bu gün Əlqaim şəhərinin azad edilməsinin ikinci mərhələsində bu şəhərə daxil olaraq, yeddi məntəqəni terrorçuların işğalından azad edə biliblər.
Əlqaim şəhərinin azad edilməsi əməliyyatında qırx mindən çox iraqlı qüvvə iştirak edib. Hələ İraq ordusunun müştərək əməliyyat qərargahı bu məntəqənin azad edilməsi haqda bəyanat yaymayıbdır.
İraqın baş naziri Heydər Əlibadi bir müraciətdə iraqlı qüvvələrin Əlqaim şəhərinə daxil olmaları və Suriya ilə sərhəd Həssibə keçidinin azad edilməsini təbrik edib.