Noy 04, 2017 13:28 Asia/Baku
  • Hadi Əl-Amiri
    Hadi Əl-Amiri

Bədr Tşkilatının baş katibi və İraqın xalq səfərbər qüvvələrinin komandanlarından biri olan Hadi Əl-Amiri deyib: Rəsmi Bağdadla İraq Kürdüstanı başçıları arasında danışıqlar davam edir.

Hadi Əl-Amiri dünən Əl-Aləm telekanalına verdiyi müsahibədə deyib: Məsud Barizaninin tabeliyində olan peşmərgə qüvvələrinin İraq hərbçiləri ilə toqquşmadan çəkinəcəkləri və onlarla əməkdaşlıq edəcəklərinə ümid edirik. 

Əl-Amiri deyib: Kürdlərlə müzakirələr davam edir və hərbi toqquşmaların nə kürd peşmərgələri nə də İraqın təhlükəsizlik orqanlarının xeyirinə olmadığı barədə danışıqlar aparmışıq və ümid edirik hərbi qarşıdurma baş verməyəcək. 

Bədr Təşkilatının baş katibi İraq qüvvələrinin Bağdad ilə Ərbil arasında Neynəva və Səlahəddin vilayətlərindəki münaqişəli bölgələrdə peşmərgələrə qarşı hücum ehtimalının da aradan qaldırıldığını deyib. 

Hadi Əl-Amiri deyib: İraqın təhlükəsizlik xidməti Kürd qardaşlara heç bir hücum niyyətində deyil. 

Əl-Amiri deyib: Biz sadəcə Peşmərqə qüvvələrindən Neynəva və Səlahəddin vilayətlərinin sərhədləridən çıxmalarını və bu bölgələri İraq dövlətinin qüvvələrinə təhvil vermələrini istəyirik. 

Teqlər