Noy 05, 2017 14:01 Asia/Baku
  • ABŞ-ın Əfqanıstanda yeni cinayətləri

Amerika qırıcılarının Əfqanıstanın Qunduz vilayətinə qarşı hücumunda on üç əfqan mülki öldürülüb.

Bu hücumda məqsəd, “Qunduz vilayətinin Çardərə məntəqəsindəki Taliban ünsürülərinə hücum” elan olunmuşdu. Əfqanıstanın hərbi qüvvələri son bir neçə gün ərzində bu məntəqədə taliblərlə vuruşmaqdadırlar.

Yerli mənbələr bildiriblər ki, Amerika ordusunun bu hava hücumu taliblərin Əfqanıstan qüvvələrinin cümə günü gecəki hücumundan sonra Qunduz vilayətinin Çardərə məntəqəsinin sakinlərini Talibanın ölülərinin uçqunlar altından çıxarılmasında onlara kömək etməyə məcbur etdikləri zaman baş veribdir.

2015-ci ilin noyabrında da amerikalı qırıcılar Əfqanıstanın Qunduz şəhərində sərhədsiz həkimlər tərəfindən idarə olunan xəstəxananı hədəfə almışdılar. Həmin cinayətdə 42 xəstə və həkim öldürülmüş və onlarla nəfər də yaralanmışdı.

 

Teqlər