Ərriyada raket atışı səud rejiminin cinayətlərinə cavab idi
Yəmənin ordusu və xalq səfərbər qüvvələri sözçüsünün müavini deyib: Yəmənli qüvvələrin Ərriyaddakı “Kral Xalid” beynəlxalq hava limanını hədəfə almış raketi səud rejiminin Yəmən xalqına qarşı cinayətlərinə cavab olubdur.
Yəmənin ordusu və xalq səfərbər qüvvələri sözçüsünün müavini general-mayor Əziz Raşid bu gün Rusiyanın Sputnik xəbər agentliyi ilə müsahibədə əlavə edib: Ərriyaddakı “Kral Xalid” beynəlxalq hava limanına uzaq mənzilli ballistik raketin atılması Yəmənin ordusu və Ənsarullah qüvvələrinin cəbhənin müxtəlif nöqtələrində səud muzdurlarına qarşı quru əməliyyatı ilə bir zamanda baş veribdir.
Bu yəmənli rəsmi söyləyib: Səud muzdurlarının Yəmənin şəhərlərinə və mülkilərinə qarşı gündəlik hücumları dünya ictimaiyyətinin gözləri önündə və BMT-nin sükutu altında baş verir, lakin bunlar cavabsız qalmayacaqdır.
General-mayor Əziz Raşid sonra bildirib: Yəmənlilərin ballistik raketinin Ərriyadın mərkəzinə atılması Yəmənin hərbi sənayesinin inkişaf etməsi, Yəmənin raket qüdrəti və elmi bacarığından xəbər verir.
Yəmənin ordusu və xalq komitələri qüvvələrinin raket bölməsi dünən gecə Ərriyaddakı “Kral Xalid” beynəlxalq hava limanına bir ədəd “Birkan H2” tipli ballistik raket atıb. Ərəbistanın aviasiya təşkilatı bu hadisəni təsdiq edibdir.
Səud rejimi ABŞ-ın dəstəyi ilə və BMT-nin sükutu altında, eləcə də Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbuh Mənsur Hadini hakimiyyətə qaytarmaq bəhanəsilə 2015-ci ilin martında Yəmənə basqın etdi. Bu hərbi təcavüz indiyədək on üç mindən yuxarı yəmənlinin dünyasını dəyişməsi, on minlərlə yəmənlinin yaralanması və milyonlarla Yəmən vətəndaşının didərgin düşməsi, eləcə də bu ölkə infrastrukturlarının dağılması ilə nəticələnibdir.