Korrupsiya ilə mübarizə komitəsinin məqsədi; Bin Salmanın rəqiblərini sıradan çıxarmaq
https://azeri.sahartv.ir/news/qərbi_asia-i286168-korrupsiya_ilə_mübarizə_komitəsinin_məqsədi_bin_salmanın_rəqiblərini_sıradan_çıxarmaq
Röyters "Korrupsiya ilə Mübarizə" komitəsi tərəfindən Səudiyyə Ərəbistanında son həbslər haqda yazıb: Bu komitənin təşkil olunmasında məqsəd Ərəbistanın şöhrətpərəst vəliəhdi Məhəmməd Bin Salmanın güclü rəqiblərini sıradan çıxarmaqdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 06, 2017 07:08 Asia/Baku
  • Korrupsiya ilə mübarizə komitəsinin məqsədi; Bin Salmanın rəqiblərini sıradan çıxarmaq

Röyters "Korrupsiya ilə Mübarizə" komitəsi tərəfindən Səudiyyə Ərəbistanında son həbslər haqda yazıb: Bu komitənin təşkil olunmasında məqsəd Ərəbistanın şöhrətpərəst vəliəhdi Məhəmməd Bin Salmanın güclü rəqiblərini sıradan çıxarmaqdır.

Mehr İnformasiya Agentliyinin məlumatına görə, Səudiyyə Ərəbistanı kralı Məhəmməd Bin Salmanın başçılıq etdiyi Korrupsiya ilə Mübarizə Komitəsi tərəfindən çoxlu sayda rəsmi və şahzadənin həbs olunması ardınca, Röyters bir məqalədə yazıb: Analitiklər bildiriblər ki, son həbslər vəliəhd tərəfindən Ərəbistandakı nüfuzlu şəxsləri sıradan çıxarmaq üçün önləyici hərəkətdir. 

Bu məqalədə bildirilir: Kütləvi həbslər 2017-ci il iyun ayı çevrilişini xatırladır. O vaxt Məhəmməd Bin Salman böyük əmisi oğlu yəni Ərəbistanın daxili işlər naziri və vəliəhdi Məhəmməd Bin Naifi də vəzifəsindən kənarlaşdırmışdı. 

Röyters bu məqaləsində bildirir: Şahzadə Mətəb Bin Abdullanın da kənarlaşdırılması oxşar ssenaridir. Çünki onun nəzarətində olan qurum yəni Ərəbistan Milli Qvardiyası Hicaz qəbilələrinin qüdrətində kökü olan qüdrət bazalarından biridir. 

Röyters həmçinin yazıb: Səudiyyə Ərəbistanı vəliəhdinin hərəkətləri krallıq ailəsində narazılığa səbəb olub. 

Bu arada Fransa İnformasiya Agentliyi də bildirib: Ər-Riyad Səudiyyə Ərəbistanında həbs olunan şəxslərin əmlakını donduracaq. 

Səudiyyə Ərəbistanında yenicə təsis olunmuş Korrupsiya ilə Mübarizə Komitəsinin qərarı ardınca, 10 şahzadə və 12 sabiq nazir həbs olunub.