Noy 06, 2017 12:02 Asia/Baku
  • Suriya ilə sərhəd keçidinə İraq bayrağı sancılıb

İraq baş naziri əl-Qaim şəhərinin İŞİD terrorçularının işğalından azad edilməsindən bir neçə gün sonra İraq bayrağını Suriya ilə sərhəd keçidinə sancıb.

İraq baş naziri Heydər əl-İbadi bazar günü əl-Anbar vilayətində əl-Qaim şəhəri və Suriya ilə Həsibə sərhəd keçidi ilə yaxından tanış olub. 

İraq qüvvələri əl-Anbar vilayətinin qərbində əl-Qaim şəhərinin mərkəzini cümə günü tam şəkildə İŞİD terror qruplaşmasının işğalından azad ediblər. 

Heydər əl-İbadi 2017-ci il 26 oktyabrda İraqın qərbində İŞİD terror qruplaşmasının son bazası sayılan əl-Qaim və Ravə şəhərinin azad edilməsi əməliyyatının başlandığını bildirmişdi. 

Yenilərdə İŞİD-in işğalından azad edilən əl-Qaim şəhəri və Həsibə səhrəd keçidi bu terror qruplaşmasının hərbi təchizatı nəql etməsi üçün əsas yollarından sayılırdı. 

Teqlər