Noy 07, 2017 19:51 Asia/Baku
  • Bəşar Əsəd: İrana qarşı mövqelərin kəskinləşməsi terrorçuların məğlubiyyəti ilə əlaqəsiz deyil

Suriya prezidenti İran İslam Respublikasına qarşı mövqelərin kəskinləşməsinin Suriya və İraqda terrorçuların məğlubiyyəti ilə əlaqəsiz olmadığını deyib.

Bəşar Əsəd bu gün Dəməşqdə islam inqilabının böyük rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti ilə görüşündə deyib: Bəzi region və qərb ölkələrinin İran İslam Respublikasına qarşı mövqelərinin kəskinləşməsi və digər region ölkələrində destabillik yaratmaq cəhdləri Suriya və İraqda terrorçuların məhv edilməsi prossesi ilə əlaqəsiz deyildir.

Suriya prezidenti deyib: Bu kimi düşmən hərəkətləri Dəməşq və Tehranı regionda stabilliyin möhkəmləndirilməsi və öz xalqlarının mənafelərini müdafiədən heç vaxt çəkindirə bilməyəcək.

Bəşar Əsəd deyib: Suriya ordusu və müttəfiqlərinin mübarizəsi sadəcə terrorizm ilə deyil, terrorizmdən faydalanmaz və bu vasitə ilə ölkələri parçalamaq və zəiflətmək cəhdlərinə qarşıdır.

Bu görüşdə Əli Əkbər Vilayəti də deyib: Suriyalıların müqaviməti və 7 il müddətində Suriyaya qarşı aparılan müharibədəki canfəşanlığı bu ölkədə siyasi stabillik və təhlükəsizliyin təsbitində böyük rola malik oldu.

İslam inqilabının böyük rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri deyib: İran, İraq, Suriya və Livandan ibarət olan müqavimət cəbhəsi haqqın tərəfindədir və Rusiyada bu cəbhənin kənarında durub.

Vilayəti İraqın parçalanmasına dair amerikan-sionist planın məğlubiyyətinə toxunaraq regiondakı mürrəkəb prosseslərdə müqavimət cəbhəsinin əlavə koordinasiyasının vacibliyini vurğulayıb.

Əli Əkbər Vilayəti bazar günü Livan səfərini bitirərək Suriyaya səfər edib.

Teqlər