Noy 08, 2017 13:35 Asia/Baku
  • ABŞ vertolyotları İŞİD başçılarını məntəqədən çıxarıblar

Suriyanın Diyrəzzur vilayətində yerləşən Əlməyadin şəhərinin sakinləri ifşa ediblər ki, amerikan vertolyotlar Suriya ordusu və müttəfiq qüvvələrin qəlib çatmalarından öncə İŞİD başçılarını məntəqədən çıxarıblar.

Əlməyadin şəhərinin sakinlərindən bir qrupu Amerikanın terrorçuların başçılarına dəstək verməsini ifşa edərək, deyib: Terror başçılarının ailələri İŞİD-çilərin avtomobilləri ilə Əlhərbə məntəqəsindəki Heydər məhəlləsində yerləşən qərargahalara köçürüldükdən sonra amerikan vertolyotlar onları məntəqədən kənar naməlum bir məntəqəyə doğru çıxarıblar.

Əlməyadin şəhəri sakinlərinin sözlərinə görə, Suriya ordusunun Əlməyadin şəhərinin azad edilməsi üzrə əməliyyatının başlanmasından iki həftə öncə Amerikanın hərbi vertolyotları geniş şəkildə Əlməyadin şəhərinin ətrafındakı kəndləri hədəfə alıblar və sonra İŞİD başçıları öz ailələri ilə yanaşı digər yerlərə köçürülüblər.

Bundan öncə Rusiyanın müdafiə nazirliyi sentyabr ayında müəyyən təsvirlər yaymışdı. Həmin təsvirlər Diyrəzzurun şimal ətrafında İŞİD terrorçularının ixtiyarında olan məntəqələrdə Amerikanın xüsusi təyinatlı qüvvələrinin tabeliyində olan sursatları göstərirdi.

Bir müddət bundan öncə də adı elan olunmayan bir hərbi mənbə Rusiyanın Sputnik xəbər agentliyi ilə müsahibədə belə demişdi: Suriya ordusunun Diyrəzzur şəhərindəki uğurlu əməliyyatının ardınca Amerikanın bir ədəd vertolyotu 2017-ci il avqustun 26-da İŞİD-in iki avropalı başçısını ailələri ilə yanaşı gecə ilə Diyrəzzurun şimal-qərbindən çıxardı.

İŞİD terror qrupu Ərəbistan və ABŞ daxil olmaqla bəzi ərəb və qərbli ölkələrin tam himayələrilə bir çox İraq və Suriya şəhərlərini qarışdırıblar.

 

 

Teqlər