Məsciduləqsanın girəcəklərində yeni kameralar quraşdırılıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i286269-məsciduləqsanın_girəcəklərində_yeni_kameralar_quraşdırılıb
Sionist rejim polisi Məsciduləqsanın girəcəklərində yeni kameralar quraşdırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 08, 2017 15:43 Asia/Baku
  • Məsciduləqsanın girəcəklərində yeni kameralar quraşdırılıb

Sionist rejim polisi Məsciduləqsanın girəcəklərində yeni kameralar quraşdırıb.

Sionist rejim polisi bu gün bu rejimin daxili xəfiyyə naziri Gilad Ərdanın birbaşa göstərişi ilə Məsciduləqsanın girəcəklərində yeni kameralar quraşdırıbdır.

Sionist rejimin onuncu telekanalı xəbər veribdir ki, bir neçə ay bundan öncə elektron qapıların quraşdırılmasına etiraz olaraq, Qüds sakinlərilə sionist hərbçilər arasında şiddətli döyüşlər və tətillərin şahidi olmuş Əlisbat qapısı istisna olmaqla Məsciduləqsanın bütün girəcəklərində yeni kameralar quraşdırılıbdır. 

Sionist hərbçilər işğal olunmuş Qüdsdəki güclü təhlükəsizlik tədbirlərinə rəğmən, indiyədək fələstinlilərin anti-sionist əməliyyatlarını proqnoz edə və zərərsizləşdirə bilməyiblər. 

İşğal olunmuş Qüdsdəki güclü təhlükəsizlik tədbirlərinin artmasının səbəbi, bu rejimin müqavimət qüvvələrindən qorxmasıdır.