Noy 08, 2017 19:53 Asia/Baku
  • B.Əsəd bütün Suriya ərazisinin azad edilməsini vurğulayıb

Suriya prezidenti deyib ki, suriyalı hərbçilər ölkə ərazisinin tam şəkildə azad edilməsinədək mübarizədən əl çəkməyəcəklər.

Bəşşar Əsəd Dəməşqdə "Ərəb milli konfansı"nda əlavə edib: Suriya ordusu bu ölkənin müxtəlif məntəqələrinin terrorçuların işğalından azad edilməsi əməliyyatını davam etdirməkdədir, lakin suriyalı əsgərlər İdlib vilayətində terrorçular qarşısında çətin bir döyüşlə qarşılaşacaqlar.

Suriya prezidenti söyləyib: Suriyalı əsgərlər indiyədək terror qrupları ilə mübarizədə öz hədəflərinin səksən faizinə nail olublar.

Əsəd eyni zamanda vurğulayıb: Suriyalı qüvvələr İdlib vilayətində Türkiyə qüvvələri və Cibhətunnusrə-nin tabeliyində olan silahlı qruplarla üzləşməyə məcbur olacaqlar.

Suriya prezidenti əlavə edib: Dəməşqin nöqteyi-nəzərincə, Suriya dövlətinin razılığı ilə olmayacaq hər cür xarici hərbi iştirak Suriya ərazisinin işğal edilməsi demək olacaq.

Bəşşar Əsəd dünən də İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti ilə görüşdə belə demişdi: Suriya düşmənləri terror qruplarından ölkədə təfriqə salmaq üçün istifadə edirlər.

Teqlər