Noy 09, 2017 09:53 Asia/Baku
  • Ali-Xəlifə hərbçiləri Bəhreyn şiələrinin əzadarlığına hücum etdi
    Ali-Xəlifə hərbçiləri Bəhreyn şiələrinin əzadarlığına hücum etdi

Ali-Xəlifə rejiminin Daxili İşlər Nazirliyinə bağlı hərbçilər Manamanın qərbində Əd-Duraz qəsəbəsində Bəhreyn şiələrinin əzadarlıq heyətinə hücum edərək onlardan bir neçəsini döyüblər.

Bəhreyn şiələri dini və məzhəbi tədbirlərdə həmişə hakim rejimin təhlükəsizlik qüvvələrinin təzyiq və hücumlarına məruz qalırlar. 

Miratul-Bəhreyn xəbər portalının məlumatına görə, ictimai şəbəkələrin aktiv istifadəçiləri Bəhreyn şiələrinin mənəvi lideri Şeyx İsa Qasimin yaşadığı Əd-Duraz bölgəsində Ali-Xəlifə rejimi hərbçilərinin şiələrin əzadarlıq heyətinə hücum videosunun kadrlarının ictimai şəbəkələrdə yayımlayıblar. 

Ali-Xəlifə rejimi hərbçiləri əzadarların müqavimət göstərməsi ardınca, gözyaşardıcı qazlardan istifadə ediblər. 

Ali-Xəlifə rejimi ölkədə ayrı-seçkiliyə son qoyulması və Ali-Xəlifə ailəsinin nüfuzunun azalmasını tələb edən müxalifət və şiələri davamlı şəkildə repressiya edir. 

Bəhreyn 2011-ci il 14 fevraldan Ali-Xəlifə rejimi əleyhinə ictimai hərəkatın şahididir. Rejim müxalifləri dinc etiraz aksiyaları təşkil edərək ölkədə ədalətin bərpa olunması, ayrı-seçkiliyin aradan qaldırılması və xalqın seçdiyi hökumətin iqtidara gəlməsini istəyir. 

Teqlər