Ərəbistanın Yəmənə hava hücumları davam edir
-
Ərəbistanın Yəmənə hava hücumları davam edir
Səudiyyə Ərəbistanının Yəmənin Sədə və Səna vilayətlərinə hava hücumları nəticəsində bir neçə yəmənli həlak olub və yaralanıb.
Yəmənin əl-Məsirə televiziyasının məlumatına görə, Səudiyyə Ərəbistanı ordusu qırıcı təyyarələri ötən gün Sədə vilayətində Razeh rayonunun Bəni Səyyah yaşayış massivindəki mənzilləri atəşə tutub. Nəticədə bir neçə yəmənli həlak olub və yaralanıb.
Bu arada ötən gecə Ərəbistan ordusu qırıcı təyyarələri Yəmən paytaxtı Sənanın yaşayış massivlərini atəşə tutub. Nəticədə 8 yəmənli sivil yaralanıb.
Həmçinin Ərəbistan ordusunun Həccə vilayətinə son hava hücumlarında 60 sivil, o cümlədən uşaq və qadınlar həlak olub və yaralanıb.
Səudiyyə Ərəbistanı ABŞ-ın dəstəyi və BMT-nin sükutu sayəsində 2015-ci il mart ayından Yəmənə hərbi təcavüz edib. Eyni zamanda istefaya getmiş prezident Əbdrəbbə Mənsur Hadini iqtidara qaytarmaq bəhanəsi ilə bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıb.
Bu hərbi təcavüz indiyə qədər 13 mindən çox yəmənlinin həlak olması, on minlərlə yəmənlinin yaralanması, milyonlarla nəfərin didərgin düşməsi və ölkə infrastrukturlarının məhv olması ilə nəticələnmişdir.
Ərəbistanın hərbi təcavüzü həmçinin yoxsul Yəməni ərzaq və tibbi ləvazimatın çatışmazlığı ilə üzləşdirib və vəba kimi çoxlu xəstəliklərin yayılmasına səbəb olub.