Təl-Əviv və Ər-Riyad əlaqələrinin normallaşdırılması prosesi davam edir
-
Təl-Əviv və Ər-Riyad əlaqələrinin normallaşdırılması prosesi davam edir
İsrailin sabiq xarici işlər naziri Tzipi Livni və Səudiyə Ərəbistanının Kəşfiyyat İdarəsinin sabiq başçısı Türki Feysəl Amerikada görüşüblər.
Mehr informasiya agentliyinin verdiyi məlumata görə, Tzipi livni bu görüşün ardınca öz Tvitter hesabında paylaşdığı bir yazıda regionda sülhün bərqərar edilməsi və ərəb ölkələri ilə əlaqələrin normallaşdırılmasının yolunu fələstinlilər ilə sülhün əldə edilməsi adlandırıb.
İsrail və Səudiyə Ərəbistanı təmsilçiləri arasındakı görüşlər iki rejim arasındakı əlaqələrin normallaşdırılması çərçivəsində baş tutur.
Fələstin torpaqlarının sionistlər tərəfindən işğal edilməsi və fələstinlilərin uzun illərdir ki, sionistlərin zülm və zorakılıqlarına məruz qalmasına baxmayaraq, Səudiyə Ərəbistanı islam torpaqlarını işğal etmiş İsrail rejimi ilə əlaqələrini normallaşdırmağa çalışır.