Noy 12, 2017 15:17 Asia/Baku
  • Livanda Ərəbistan vəliəhdinin fotoşəkilləri yandırıldı
    Livanda Ərəbistan vəliəhdinin fotoşəkilləri yandırıldı

Ərəbistan vəliəhdinin Livanın paytaxtı Beyrutu ölkənin şimalına birləşdirən əsas şose yolu boyunca asılmış fotoşəkilləri naməlum şəxslər tərəfindən yandırılıb.

Əl-Aləmin verdiyi məlumata görə, Livanda ictimai şəbəkə istifadəçiləri bu fotoşəkillərin yandırılması ilə bağlı video görüntülər paylaşıblar. 

Livanın Daxili İşlər Nazirliyi bu hadisənin ardınca yol boyunca asılmış bütün fotoşəkillərin yığışdırılması haqda göstəriş verib və fotoşəkillərin yandırılmasını Livanı xaosa sürükləmək məqsədi daşıyan təxribatçılıq adlandırıb. 

Livanın baş naziri Səəd Həriri noyabrın 4-də Ər-Riyadda qiraət etdiyi bir bəyanatda öz vəzifəsindən istefa verdiyini elan etdi. Livan rəsmiləri Səəd Həririnin Ərəbistanın təzyiqləri nəticəsində belə bir addım atdığını və bu addımda məqsədin Livan Hizbullahına zərbə vurmaq olduğunu bildirirlər.  

Teqlər