Yəmən xalqı Ərəbistan əleyhinə aksiyada iştirak edir
-
Yəmən xalqı Ərəbistan əleyhinə aksiyada iştirak edir
Ərəbistanın Yəmənə qarşı qeyri-qanuni və zalımcasına olan mühasirəsinə etiraz olaraq paytaxt Sənada BMT-nin ofisi önündə etiraz aksiyası keçirilib.
Yəmən xalqının Ərəbistan əleyhinə bu geniş aksiyasında Ali-Səud və onun himayədarları əleyhinə şüarlar səsləndirilib.
Yəmənin Ali Siyasi Şurasının sədri Saleh Əs-Səmad aksiya iştirakçıları qarşısında etdiyi çıxışında deyib: Ərəbistanın təcavüzkar koalisiyasının Yəmənə qarşı hücumlarının davam etməsinə cavab olaraq müxtəlif seçimlər və tədbirlər mövcuddur. Atılacaq addımlar təcavüzkarları himayə edən hər bir şəxsə şamil ediləcək.
Əs-Səmad daha sonra Ərəbistan üçün ən doğru seçimin Yəmənə qarşı təcavüzləri dayandırmaq və Yəmən xalqının mühasirəsinə son qoymaq olduğunu bildirib və deyib: Yəmənən Ər-Riyada və digər məntəqələrə raket zərbələri endirməsi yəmənlilərin təbii haqqıdır və Yəmənə qarşı təcavüzlərin başlanmasından 3 ilin keçməsinə baxmayaraq, Yəmən xalqı hələ də təcavüzkarlar qarşısında möhkəm dayanıb.