BMT: Yəmənin hava və dəniz limanlarının mühasirəsi dərhal ləğv edilməlidir
-
BMT: Yəmənin hava və dəniz limanlarının mühasirəsi dərhal ləğv edilməlidir
BMT bir daha Yəmənin hava və dəniz limanlarının mühasirəsinin dərhal tam şəkildə ləğv edilməsini istəyib.
Mehr xəbər agentliyinin verdiyi məlumata görə, BMT baş katibinin sözçüsü bazar ertəsi günü gecə deyib: Humanitar yardım agentlikləri Yəmənin bütün hava və dəniz limanlarına tam formada giriş imkanına malik olmalıdırlar. Məsələ sadəcə bəzi limanlara giriş icazəsinin verilməsindən getmir.
Stefan Dujarik Yəmənin vəziyyətini "faciəli" adlandırıb və deyib: Yəmənlilər ərzaq məhsulları, yanacaq və dərman preparatlarına ehtiyaclıdırlar.
BMT ötən həftə də Yəmənə qarşı mühasirənin ləğv edilməsini istəmişdi.
BMT-nin uşaq fondu YUNİSEF-in Yəməndəki nümayəndəsi Meritxel Relano da ötən cümə günü Yəməndə vəziyyətin faciəli olduğunu bildirmiş və Yəməndə milyonlarla insanın təcili humanitar yardımlara ehtiyaclı olduğunu demişdi.
Qırmızı Xaç Komitəsi də çərşənbə axşamı Yəmənin bütün sərhəd məntəqələrinin açılmasını və Yəmənə ərzaq və dərman göndərilməsinə icazə verilməsini istəmişdi.