Əfqanıstanın şərqində İŞİD-ə məxsus yeni silah və hərbi sursat aşkar edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i286518-Əfqanıstanın_şərqində_İŞİd_ə_məxsus_yeni_silah_və_hərbi_sursat_aşkar_edilib
Əfqanıstanın Nəngərhar vilayətinin valisi İŞİD terror qruplaşmasına məxsus olan bir silah və hərbi sursat anbarının aşkar və zəbt eidlməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 14, 2017 09:17 Asia/Baku
  • Əfqanıstanın şərqində İŞİD-ə məxsus yeni silah və hərbi sursat aşkar edilib
    Əfqanıstanın şərqində İŞİD-ə məxsus yeni silah və hərbi sursat aşkar edilib

Əfqanıstanın Nəngərhar vilayətinin valisi İŞİD terror qruplaşmasına məxsus olan bir silah və hərbi sursat anbarının aşkar və zəbt eidlməsindən xəbər verib.

AVA xəbər agentliyinin verdiyi məlumata görə, Qolab Məngəl bu gün çərşənbə axşamı bir mətbuat konfransında deyib: bu silah və hərbi sursat anbarı Nəngərhar vilayətinin Mumənd Dərə məntəqəsində Əfqanıstanın Milli Təhlükəsizlik Qüvvələri tərəfindən aşkar edilib. 

Nəngərhar valisinin dediyinə görə, aşkar edilmiş silahlar və hərbi sursatlar Pakistandan Əfqanıstana gətirilib. 

Nəngərhar vilayətinin bir hissəsi o cümlədən Açin məntəqəsi İŞİD terrorçularının nəzarəti altındadır.