ÜST Yəməndə difteriyanın yayılması haqda xəbərdarlıq etdi
-
ÜST Yəməndə difteriyanın yayılması haqda xəbərdarlıq etdi
Ümumdünya Səhiyyə Təşkilatı Yəməndə difteriya xəstəliyinin yayılması haqda çərşənbə axşamı xəbərdarlıq edib.
İnfeksiya xəstəliyi olan difteriya insanın tənəffüs sistemini problemlə üzləşdirən yoluxucu və öldürücü xəstəlikdir. Bu xəstəliyin simptomlarından boğazağrı, qızdırma, öskürək və səsin tutulmasını göstərmək olar. Ağırlaşdığı halda, ürək, böyrək narahatlıqları, əl və ayağın iflic olması ilə nəticələnir.
İRİB-in məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Kristian Lindmeyer Yəməndə difteriya xəstəliyini yayılması haqda xəbərdarlıq edərək bildirib: 8 noyabra qədər Yəməndə difteriyaya yoluxma haqda 18 şübhəli hal qeydə alınıb.
İndiyə qədər 2200 yəmənli vəba xəstəliyinə yoluxması nəticəsində dünyasını dəyişib.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, həmçinin indiyə qədər Yəməndə 870 min nəfər bu xəstəliyə yoluxmuşdur.